Bazar, 25 Oktyabr 2026 18:32:20 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

Hərbi xidmətdən yayınanlara qarşı qaydalar sərtləşdirilir

16.03.2026 11:14 · 315 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir.

Bu barədə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının vaxtında və effektiv qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli Qanunu qəbul edilmişdir.

Həmin Qanunla Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (şəhadətləndirməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.

Bununla yanaşı, vətəndaşların müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda, barələrində çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilmişdir.

Artıq bu dəyişikliklər “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 yanvar 2026-cı il tarixli Qərarında da öz əksini tapıb.

Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında Cinayət Məcəlləsinin 321.1-ci maddəsində məsuliyyətə səbəb olan əməllər qismində bir sıra hallar göstərilib.

Vətəndaş həqiqi hərbi xidmətə çağırış müddəti başa çatanadək, habelə tibbi şəhadətləndirməyə, hərbi toplanış və təlimlərə üzrlü səbəb olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlmədikdə hərbi xidmətdən boyun qaçırma kimi qiymətləndirilir və məsuliyyətə səbəb olur.

Bundan başqa çağırışçının hərbi xidmətdən yayınmaq, o cümlədən tibbi müayinəyə (tibbi şahədətləndirməyə), müddətli həqiqi hərbi xidmətə çağırılmasına dair çağırış vərəqəsinin çatdırılmasının qarşısını almaq üçün ona şamil edilən cari çağırış müddəti başa çatanadək yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmaması və olduğu yer üzrə hərbi qeydiyyata durmaması və ya yaşayış yerini dəyişərkən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 7.3-cü maddəsində göstərilən vəzifəsinə əməl etməyərək hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə məlumat verməməsi də CM-in 321-ci maddəsi ilə məsuliyyətə səbəb olan əməllər kimi qiymətləndirilə bilər.

Yuxarıda qeyd olunan kateqoriyalara aid, ölkənin hüdudlarında və kənarında olan, aktiv möhlət hüququ olmayan vətəndaşlarımıza bildirmək istərdik ki, hərbi vəzifələrinin icrasına və hərbi öhdəliklərinə məsuliyyətlə yanaşsınlar, habelə hərbi biletlərində və “mygov” platformasında olan şəxsi kabinetlərində qeyd olunan vaxtda Dövlət Xidmətinin qeydiyyatda olduqları struktur bölmələrinə yaxınlaşsınlar.

Hərbi sahədə qanunvericiliyin təkmilləşdirilməsi ölkənin milli təhlükəsizliyini gücləndirmək, Silahlı Qüvvələri çağırışçılarla vaxtında və keyfiyyətlə komplektləşdirmək, səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədini daşıyır.

↑