Bazar, 25 Oktyabr 2026 20:31:04 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Gündəm

Qeydiyyatsız fərdi yaşayış evlərinə dair təkliflər hazırlanır

13.03.2026 11:21 · 425 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, qeydiyyatsız fərdi yaşayış evləri ilə bağlı məsələnin tənzimlənməsinə dair təkliflər hazırlanır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, yaşayış evlərinin sənədləşdirilməsi istiqamətində mərhələli şəkildə görülən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 iyul tarixli 444 nömrəli Fərmanı qəbul olunub. Bu Fərmanın qəbulu ilə fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyatı üçün əsaslar daha da təkmilləşdirilib, ümumilikdə 6 adda sənəd hüquq müəyyənedici sənəd statusu qazanmış, başqa sözlə, aşağıda qeyd edilən sənədlər əsasında fərdi yaşayış və bağ evlərinə dair çıxarışın alınması mümkün olub:

– yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 1 yanvar 2001-ci ilədək tərtib olunmuş texniki pasportlar;

– həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 1 yanvar 2001-ci ilədək verilmiş qərarlar;

– sovxoz və kolxoz olmayan, dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisələrinin əmrləri;

– SSRİ dövründə yaşayış evinin və ya mənzilin mülkiyyətə verilməsi barədə zəhmətkeş deputatları sovetlərinin qərarları;

– yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanlarının qərarları və fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi;

– yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarışlar əsasında verilmiş arayışlar.

Eyni zamanda, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2181 nömrəli Fərmanına əsasən 9715 ədəd qeydiyyatsız obyektlər uçota alınmış, onlardan 5461 ədədinin istismarına icazə aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən verilib və bu barədə məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilib. Habelə bu işlərin davam etdirilməsi məqsədilə sözügedən Fərmana Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 dekabr tarixli 276 nömrəli Fərmanı ilə dəyişiklik edilərək belə obyektlərlə bağlı müraciət müddəti 2026-cı ilədək uzadılıb:

“Əlavə olaraq bildiririk ki, fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyində aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və özbaşına tikintilər ilə bağlı məsələlərin tənzimlənməsinə dair təkliflərin hazırlanması istiqamətində işlər davam etdirilir”.

 

↑