Şənbə, 24 Oktyabr 2026 18:27:56 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Siyasət

Bu ölkələr İranın Azərbaycana dron hücumlarını pislədi

05.03.2026 14:55 · 367 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib.

Düzgün.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Qətər dövləti qardaş Türkiyə Respublikasının ballistik raketlə və Azərbaycan Respublikasında bir hava limanının İran dronları ilə hədəfə alınmasını kəskin şəkildə pisləyir.

Bu düşmən hərəkətlər təhlükəli eskalasiya deməkdir və İranın məsuliyyətsiz hücumları ilə dövlətlərin suverenliyinin pozulmasıdır. Bu, həm də regionda sülh və stabilliyə birbaşa təhdiddir”, – bəyanatda bildirilib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

****

Özbəkistan İranın Naxçıvana zərbələrini qəbuledilməz hesab edir.

Düzgün.az xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov bildirib.

***

Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb.

Düzgün.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi İranın Türkiyə Respublikası və Azərbaycan Respublikasının hədəfə almaq cəhdini ən şiddətli şəkildə qınayır”, – bəyanatda qeyd olunub.

XİN vurğulayıb ki, iki ölkəyə qarşı bu hərəkətlərə heç bir halda bəraət qazandırıla bilməz: “Bu, beynəlxalq qanun və normalara, eləcə də mehriban qonşuluq prinsiplərinə açıq şəkildə zidd olan düşmən yanaşmaya dəlalət edir və regionda vəziyyəti daha da gərginləşdirir.

Krallıq Türkiyə və Azərbaycan hökumətləri və xalqları ilə tam həmrəyliyini ifadə edir, iki ölkənin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququnu təsdiqləyir”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib, 4 nəfər xəsarət alıb.

↑