İran ərazisindən həyata keçirilən dron hücumları zamanı xəsarət alanların vəziyyəti stabildir.
Düzgün.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Xəstəxanasının Təcili yardım şöbəsinin müdiri Sahib Abuzərov bildirib.
“Dron hücumu ilə bağlı təcili yardım şöbəsinə 4 nəfər müraciət edib. 2 nəfər barotravma alıb, 2 nəfərə isə kürək nahiyəsinin küt travması diaqnozu qoyulub. Xəstələrə ilkin yardım olunub, vəziyyətləri stabildir və müvafiq şöbələri yerləşdiriliblər”, – deyə o vurğulayıb.
