Şənbə, 24 Oktyabr 2026 18:27:37 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Siyasət

Enerji təhlükəsizliyində yeni mərhələ

04.03.2026 21:10 · 306 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Müasir dördə enerji təhlükəsizliyi və dayanıqlı enerji mənbələrinə keçid məsələləri qlobal gündəmin əsas prioritetlərindən birinə çevilmişdir. Bu konteksdə Azərbaycanın geostrateji mövqeyi və enerji resursları, xüsusilə də Avropanın enerji təchizatında etibarlı tərəfdaş kimi rolu daha da aktuallaşır.

Cari ilin 3 mart tarixində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 4-cü iclasları enerji əməkdaşlığının gələcək perspektivlərini müəyyənləşdirməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası və Yaşıl Enerji üzrə Şura çərçivəsində keçirilən nazirlər görüşləri Azərbaycanın enerji strategiyasının yeni mərhələyə keçdiyini bir daha nümayiş etdirdi. Tədbir çərçivəsində Prezident İlham Əliyevin çıxışı bu platformanın artıq yalnız regional təşəbbüs deyil, geniş coğrafiyanı əhatə edən strateji enerji mexanizminə çevrildiyini bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında vurğulanan məqamlar həm mövcud reallıqların təhlili, həm də qarşıdakı mərhələnin yol xəritəsi baxımından mühim siyasi mesajlarla zəngin idi. Prezidentin də qeyd etdiyi kimi 12 il əvvəl əsası qoyulan Cənub Qaz Dəhlizi təşəbbüsü bu gün özünü tam doğrultmuş, çoxtərəfli əməkdaşlıq modelinə çevrilmişdir. Qlobal enerji bazarlarında qeyri sabitlik, geosiyasi gərginliklər və təchizat riskləri fonunda məhz dialoq və tərəfdaşlıq platformaların əhəmiyyəti daha aydın görünür. Azərbaycan, tranzit ölkələr və istehlakçılar arasında formalaşmış qarşılıqlı etimad və ortaq maraqlar modeli artıq real nəticələr verir. Son 12 ilin təcrübəsi sübut edib ki, birgə səylər nəticəsində ən çətin ssenarilər belə real nəticələrlə əvəzlənə bilər.

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi əsas məqamlardan biri qaz ixracının coğrafiyasının sürətlə genişlənməsi ilə bağlı idi. Dövlət başçısının çıxışında qeyd olundu ki, artıq 16 ölkə Azərbaycan qazının istehlakçısına çevrilib. Boru kəmərləri vasitəsi ilə qaz tədarük edilən ölkələrin sayına görə dünya miqyasında ön sıralarda yer almaq həyata keçirilən enerji strategiyasının uğurlu nəticəsidir. Xüsusilə Avropa bazarlarında mövcudluğun genişləndirilməsi önəm kəsb edir. Almaniya və Avstriyaya qaz tədarükünün başlanılması ilə Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur. Bu ixracın şaxələndirilməsi strategiyası çərçivəsində Suriyaya 1.5 milyard kubmetr həcmində qaz tədarükünün başlanması Azərbaycanın yeni və fərqli bazarlara çıxış imkanılarını genişləndirir. Bu addım göstərir ki, Azərbaycan üçün şaxələndirmə yalnız istehlakçılar üçün deyil, bir istehsalçı kimi dövlətimizin iqtisadi dayanıqlılığının əsas elementidir. Bütün bu amillər enerji təhlükəsizliyi baxımından mühim alternativ mənbə formalaşdırmaqla yanaşı, uzunmüddətli tərəfdaşlıq modelini də möhkəmləndirir.

Enerji strategiyasının mühüm istiqamətlərindən biri yeni hasilat mərhələləridir. Prezidentin çıxışında bu məqamlara da geniş toxunuldu. Qeyd olundu ki: Cari ildə “Azəri – Çıraq – Günəşli” yatağının dərin qaz laylarından hasilata başlanılması gözlənilir. Yaxın illərdə “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanılması qaz hasilatını 3 dəfə artıracaq, eyni zamanda “Ümid” yatağının ikinci mərhələsi üzrə istehsal planlaşdırılır. Əsas mənbələrdən biri olan Şahdəniz yatağında isə 2028-ci ildə yeni mərhələ üzrə hasilata start verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihələr maksimum istehsal səviyyəsində əlavə 10-15 milyard kubmetr qaz əldə etməyə imkan verəcək. Bu faktorlar isə həm mövcud bazarların təminatı, həm də yeni bazarlara çıxış üçün mühüm resurs bazası formalaşdırır.

Məşvərət şurası çərçivəsində müzakirə olunan əsas istiqamətlərdən biri də yaşıl enerji strategiyası ilə bağlı idi. Dövlət başçısı çıxışında dövlətimizin təkcə ənənəvi enerji resursları sahəsində deyil, həm də gələcəyin “yaşıl iqtisadiyyatı” üzrə strateji vizyonunu dünyaya bəyan etdi. Prezidentin nitqində vurğulandı ki bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə bir alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışını da gözləyirik. Həmçinin qeyd olundu ki, cari ilin yanvar ayında regionun ən böyük 240 meqavat gücündə külək elektrik stansiyası “ACWA Power” tərəfindən inşa edilərək istifadəyə verilib. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istismara verib. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbəələri ilə işləyən yeni elektrik stansiyaların açılışını gözləyirik.

Dövlət başçısının çıxışında ABŞ ilə imzalanan Strateji Tərəfdaşlıq Xartiyasının əhəmiyyətindən də bəhs olunub, qeyd olunub ki, xartiya bir çox sahələri, o cümlədən enerji, süni intellekt, kommunikasiya, bağlılıq və digər məsələləri əhatə edir. Dünyanın ən qüdrətli dövləti ABŞ-ın strateji tərəfdaşımız kimi çıxış etməsi Azərbaycanın planlarının real və dayanıqlı əsaslara söykəndiyini göstərir.

Bakıda keçirilən iclaslar bir daha təsdiqlədi ki, Azərbaycan enerji təhlükəsizliyi məsələsində təkcə iştirakçı deyil, təşəbbüskar və istiqamətverici ölkədir. Cənub Qaz Dəhlizi artıq sadəcə boru kəməri layihəsi deyil – bu, siyasi etimad, iqtisadi qarşılıqlılıq və strateji tərəfdaşlıq platformasıdır. Həyata keçirilən bu uğurlu strategiya modeli yaxın illərdə Azərbaycanın regional və qlobal enerji arxitekturasındakı mövqeyini daha da gücləndirəcəkdir.

Düzgün.az

 

 

↑