Çərşənbə axşamı, 27 Oktyabr 2026 04:43:06 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
27 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

8 rayonun ərazisindən keçən su kəmərinin mənbəyindən videoreportaj

02.03.2026 12:00 · 293 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin ümumi uzunluğu 262,5 kilometr təşkil edir. Diametri 2000 millimetr olan magistral xətt saniyədə 5 kub metr su ötürmə qabiliyyətinə malikdir və əsasən özüaxımlı rejimdə fəaliyyət göstərir. 

Kəmərin su ilə təmin olunması məqsədilə Oğuz rayonu ərazisində 81 istismar və 20 müşahidə quyusu qazılıb. Layihəyə əsasən, hər bir quyunun məhsuldarlığı saniyədə 70 litr proqnozlaşdırılsa da, hazırda bəzi quyularda bu göstərici saniyədə 80-90 litrə qədər yüksəldilib. Müşahidə quyularında aparılan daimi monitorinqlər su ehtiyatlarının dinamikasının və debit göstəricilərinin layihədə nəzərdə tutulduğundan daha yüksək olduğunu təsdiqləyir. Bu da mənbənin potensialının kifayət qədər geniş olduğunu göstərir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu məlumat verərək bildirib ki, Oğuz rayonunun Sincan kəndində yerləşən 81 subartezian quyudan əldə olunan su bu kənddə fəaliyyət göstərən suqəbuledici kameralara toplanır, kameralardan da iki ədəd on min kub metrlik anbarlara dolur. Anbarlardan özüaxımlı rejimlə Oğuz-Qəbələ-Bakı magistral su kəmərinə ötürülür.

Anbarlara tökülən su öncədən suqəbuledici kamerada emal olunur, zərərsizləşdirilir. Daha sonra su magistral kəmər vasitəsilə paytaxt istiqamətində nəql edilir. Kəmər boyunca suyun sabit və təhlükəsiz ötürülməsini təmin etmək məqsədilə üç təzyiq nizamlayıcı (Oğuz Qurğular Kompleksi, 153-cü kilometr və Abşeron Qurğular Kompleksi ərazilərində) və iki təzyiqqırıcı kamera (31-ci və 158-ci kilometrlərdə) quraşdırılıb. İş rejimi müasir SCADA nəzarət sistemi vasitəsilə avtomatlaşdırılmış qaydada izlənilir və idarə olunur.

Su kəməri ölkənin 8 rayonunun ərazisindən keçərək paytaxta qədər uzanır. Oğuz-Qəbələ-Bakı kəməri ilə verilən içməli suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının müəyyən etdiyi beynəlxalq standartlara tam uyğundur və yüksək gigiyenik göstəricilərə malikdir.

Kəmər vasitəsilə verilən su Bakı şəhərinin, Abşeron, Yasamal, Nəsimi, Səbail, Nərimanov, Nizami, Xətai və  Binəqədi rayonlarının bir hissəsini, eləcə də magistral xəttin marşrutu boyunca yerləşən bir sıra yaşayış məntəqələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edir. Bu layihə paytaxtın su təchizatının şaxələndirilməsi, paytaxtın içməli su təminatının etibarlılığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

 

↑