Çərşənbə axşamı, 27 Oktyabr 2026 07:22:43 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
27 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

İlkin hərbi qeydiyyat artıq “mygov”da!

23.02.2026 11:19 · 393 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində vətəndaşlar artıq bir sıra hərbi məlumatlarını “mygov” platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilərlər.

Təqdim edilən yeni xidmətə əsasən, artıq 2026-cı ildə 15 yaşı tamam olacaq kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması da bu platforma üzərindən aparılır. Bunun üçün çağırışaqədərki yaş həddində olan vətəndaşın valideyni və ya hüquqi nümayəndəsi “Xidmətlər” bölməsinə daxil olmalı, “Hərbi” alt bölməsinə keçid etməli, daha sonra “İlkin hərbi qeydiyyat”ı seçməlidir. Açılan yeni pəncərədə “Yeni müraciət”ə daxil olmalı, ekranda görünən cari il üçün 15 yaşı tamam olan övladının ad, soyad və ata adı qeyd olunan xananı seçməlidir. Sonrakı mərhələdə övladının qısa tərcümeyi-halını yazmaq və ya fayl şəklində (pdf və ya şəkil formatında) əlavə etmək, orta təhsilini xarici ölkədə alanlar üçün isə müvafiq arayışı yükləmək, həmçinin mobil nömrəni qeyd etmək lazımdır.

Proseslə paralel olaraq valideynin “mygov” kabinetinə övladının tibbi müayinələrdən keçməsi ilə bağlı bildiriş məlumatı daxil olur. Müayinəni keçdikdən sonra çağırışaqədərki yaş həddində olan vətəndaş hərbi qeydiyyata götürülməli olduğu Xidmətin struktur bölməsinin hərbi həkim komissiyasına əyani baxış üçün yaxınlaşmalıdır.

Prosesin şəffaflığını təmin etmək məqsədilə valideynlər şəxsi kabinetlərindən göndərdiyi müraciətin icra vəziyyətini izləyə bilir, eyni zamanda ilkin hərbi qeydiyyata alınma prosesi bitdikdən sonra onlara bu barədə bildiriş göndərilir.

Məlumat üçün qeyd edək ki, artıq ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (kağız daşıyıcı) bu ildən ləğv olunub və bu proses yalnız “mygov” platforması üzərindən aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bu platformanın həm dövlət qurumları, həm də vətəndaşlar üçün önəmli olmasından danışıb. Ölkə başçısının sözlərinə görə bu platforma vətəndaşlar üçün çox böyük üstünlüklər təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstəriləcək.

Dövlət Xidməti üçün də vətəndaşlara göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi prioritet məsələlərdən biridir və bu istiqamətdə işlər davam etdirilməkdədir. Bu sahədə aparılan islahatlar və yeniliklər xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiya hüquqpozmalarının qarşısının alınması, vətəndaş məmnunluğunun təmin edilməsi, həmçinin Silahlı Qüvvələrin sağlam çağırışçılarla vaxtında və keyfiyyətlə komplektləşdirilməsi, səfərbərlik sisteminin səmərəliliyinin artırılması məqsədini daşıyır.

↑