Düzgün.az xəbər verir ki, tanınmış meyxanaçı Aqşin Fatehə məxsus “By Fateh” restoranı fəaliyyətini dayandırıb.
Bu barədə meyxanaçı özü məlumat verib.
Xatırladaq ki, bir müddət əvvəl sözügedən məkanda yoxlama aparılmışdı.
Yoxlama zamanı müştərilərə saxta içkilərin verildiyi müəyyən olunmuşdu.
