Çərşənbə axşamı, 27 Oktyabr 2026 14:42:02 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
27 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Bələdiyyə sənədi ilə torpaq alanlara XƏBƏRDARLIQ

15.02.2026 10:40 · 394 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, son zamanlar notariuslar bələdiyyə sənədi ilə olan torpaqların kimlərəsə etibar edilməsini qeydiyyata almır. Halbuki əvvəlki illərdə bu cür əməliyyatları notarius həyata keçirirdi.

Digər bir məsələsə vaxtilə notarius üzərindən torpağı etibarnamə ilə alan vətəndaşların müraciətinə Dövlət Reyest Xidmətində baxılmamasıdır. Xidmət ancaq birinci şəxsin müraciətinə baxır. Etibarnamə almış şəxslərdənsə tələb olunur ki, adına sənəd olan şəxs müraciət etsin.

Bu da təbii ki, vətəndaşlar arasında anlaşılmazlıq və narazılıq yaradır.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, problem hüquqları müəyyən edilməyən torpaqlarla bağlıdır:

“Bəzi vətəndaşlar bələdiyyə sənədi olan torpaqları etibarnamə ilə alırlar. Amma həmin şəxslər unudurlar ki, aldığı torpaq sahəsi satan şəxsin mülkiyyətinə aid deyil. Çünki bələdiyyə sənədi hələ mülkiyyət hüquqununun tanınması demək deyil.

Çox faktlar olur ki, bələdiyyələr müvafiq dövlət qurumları ilə razılaşdırma aparmadan torpağı kimlərəsə satır. Yaxud da bələdiyyə öz mülkiyyətində olmayan torpaqları da vətəndaşlara satır. Bu isə qanun pozuntusudur. Ona görə də bələdiyyə sənədi mülkiyyət hüququnu təsdiq edən sənəd deyil.

Son 10 ilə qədər vətəndaşlara bələdiyyə sənədləri ilə çox sayda torpaq satılıb.

Hətta satılan torpaqlarda evin tikintisinə də imkan yaradıblar. Əvvəllər bəzi notariuslar da bələdiyyənin verdiyi torpaq sahəsinin kiminsə ixtiyarına verilməsinə dair etibarnaməni tanıyırdı. Lakin Əmlak Məsələləri Dövlət Ximətinin tövsiyələrindən sonra notariuslar bələdiyyə sənədlərinə etibarnamə verməyi dayandırdı.

Eyni zamanda, vaxtilə bələdiyyə sənədini etibarnamə ilə alan şəxslər çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərkən də problemlə üzləşirlər. Xidmət etibarnaməni qəbul etməməsinin də səbəbi odur ki, ancaq çıxarışı olan torpaqların alqı-satqısını Xidmət həyata keçirir. Bələdiyyə sərəncamına etibarnamə almış vətəndaşların sənədini də Xidmət qəbul etmir. Yalnız birinci şəxs Reystr Xidmətinə müraciət edə bilər”.

↑