Çərşənbə axşamı, 27 Oktyabr 2026 13:06:18 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
27 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Eldar Əzizov bu icra başçısına töhmət verdi – Digərinə xəbərdarlıq edildi

17.02.2026 10:34 · 390 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən  verilən məlumata görə, müşavirədə şəhərin sanitar təmizliyinin və onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri və o cümlədən qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.

İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan özünün müasir tarixində çiçəklənmə və tərəqqinin yüksək zirvəsinə çatıb. Vurğulanıb ki, qazanılan uğurların əsasında məhz dövlət başçısının  siyasi dahiliyi və onun xalqla möhkəm birliyi durur ki, bu da Azərbaycanın bu günkü və gələcək inkişafının təminatıdır.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar.

Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib. Şəhər rəhbəri rayon başçılarından yerlərdə  vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb edib. Töhmət alan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.

Toplantıda paytaxt rayonlarinda təmizlik, abadlıq və yaşıllaşdırma ilə bağlı məsələlər müzakirə olunub. Əldə edilən nəticələr qənaətbəxş hesab edilib,  Novruz bayramına hazırlıq və işlərin daha da təkmilləşdirilməsi üçün tapşırıqlar verilib.

 Toplantıda rayonlarda qanunsuz tikintilərin monitorinqinin nəticələrinə dair görüntülər təqdim edilib. Bu mövzu ciddi müzakirə edilərək aşkar edilmiş qanun pozuntuları əyani surətdə nümayiş etdirilib. Qeyd edilib ki, bu kimi hallar əsasən paytaxtın Sabunçu, Qaradağ, Xəzər və digər rayonlarında aşkarlanıb. Bu kimi neqativ hallarla mübarizə aparmaq üçün müvafiq tapşırıqlar verilib.

Bildirilib ki, müşavirədə verilən tapşırıqların icrasına nəzarəti icra hakimiyyətinin monitorinq qrupu həyata keçirəcəkdir. Yaz-yay mövsümünə hazırlıq məqsədilə qərargahın yaradılması və nəticələrin iki ay ərzində əlavə  müzakirəyə təqdim edilməsi qərara alınıb.

↑