Cümə, 23 Oktyabr 2026 14:23:03 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Hadisə

Səidə Haqverdiyevanın həbsi tələb olunur

17.02.2026 16:04 · 305 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycan Dövlət Kukla Teatrının keçmiş quruluşçu rejissoru Səidə Haqverdiyeva xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Hazırda həbsdə olan hakim Elsun Əhmədovun qardaşı Əfsun Əhmədov və həyat yoldaşı aktrisa Nərmin Əhmədova onun cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər.

Səidə Haqverdiyevanın vəkili Asim Abbasov bildirib ki, hazırda şikayət ərizəsində bir sıra nöqsanlar olduğundan onların aradan qaldırılması üçün məhkəmə prosesləri bir neçə dəfə təxirə salınıb: “Səidə xanım mətbuatdakı çıxışında Nərmin Əhmədova haqqında fikirlərini bildirib. Həmçinin bəzi media subyektləri özləri N.Əhmədovanın həyat yoldaşı Elsunun Mədəniyyət Nazirliyi ilə əməkdaşlığı haqqında araşdırmalar edib, məlumatlar yayıb. Onun fəaliyyəti haqqında edilmiş araşdırmaların bizə hər hansı aidiyyəti yoxdur”.

Nərmin və Əfsun Əhmədovlar S.Haqverdiyevanın Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə təqsirləndirilməsini istəyiblər.

Şikayət Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədovun icraatına verilib. Məhkəmə iclasları 2 dəfə təxirə salınıb.

Qeyd edək ki, yuxarıdakı maddələr üzrə təqsirli bilinən şəxslər azadlıqdan məhrumetmə, islah işləri və ya cərimə cəzasına məhkum edilə bilərlər.

↑