Çərşənbə axşamı, 27 Oktyabr 2026 15:12:18 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
27 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Qırmızı bazar sakinlərinin nəzərinə!

13.02.2026 17:44 · 379 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, fevralın 13-dən başlayaraq Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanılır. Qırmızı bazar qəsəbəsində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi 2026-cı ilin mart ayının 13-ü günün sonunadək davam edəcək.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. 

Qeyd olunur ki, Qırmızı bazar qəsəbəsi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanının 4.1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli 544 nömrəli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək. 

Torpaq sahələri minimum 5 ha təşkil etməklə dəmyə (suvarılmayan) ərazilər olub, əkin üçün uyğun kənd ətrafında yerləşən torpaqlardır. Bu kəndlərdə dəmyə ərazilər üçün xarakterik olan buğda, arpa, qarğıdalı, yem bitkilərindən olan yonca, xaşa, müxtəlif ot qarışıqlarının, tərəvəz bitkilərindən pomidor, xiyar, badımcan, bibər, kartof, soğan, tərəvəz lobyası, mətbəx çuğunduru, kök və kələmin əkilməsi nəzərdə tutulur. Su təminatı mümkün olan sahələrdə çoxillik bitkilərdən, qoz, fındıq, şabalıd, armud, gilas, üzüm və bəzi giləmeyvələr yetişdirilə bilər.

Qırmızı bazar qəsəbəsinə köçən sakinlər aşağıdakı arıdıcıllıqla torpaqlarda güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər: 

EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq) Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Qırmızı bazar” seçməklə ərizə formasını doldurmaq.

Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Qırmızı bazar qəsəbəsinin olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslər ilə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması, və ərazilərin yerində tanıdılması 2026-cı ilin Aprel ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxilliklər üçün 5 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

↑