Çərşənbə axşamı, 27 Oktyabr 2026 16:28:42 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
27 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Fermerlərə subsidiya ödənişlərinə start verilir

12.02.2026 12:42 · 411 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025–2026-cı əkin ili üzrə payızlıq əkinlər və çoxillik əkmələrə görə subsidiya ödənişlərinə yaxın günlərdə başlayacaq.

Bu barədə AKİA-nın dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov məlumat verib. Onun sözlərinə görə, subsidiyalar ilkin mərhələdə torpaq sahələri monitorinqə düşməyən, həmçinin sığorta və torpaq analizi predmeti olmayan fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təqdim etdikləri bəyanlar əsasında ödəniləcək. Eyni zamanda, monitorinq prosesindən uğurla keçən, aqrokimyəvi analizlər aparan, sığorta müqaviləsi bağlayan və torpaq sənədləri çıxarış olan fermerlər subsidiya vəsaitlərini daha tez əldə edə biləcəklər.

Rəşad Fəttahov bildirib ki, cari dövrdə təxminən 899 min hektar ərazidə əkin işləri aparılıb. 288 mindən çox fermer tərəfindən EKTİS-ə 639 minə yaxın bəyan daxil edilib. Hazırda bəyanların və torpaq sənədlərinin yoxlanılması, eləcə də bölgələr üzrə sahələrin monitorinqi prosesi sürətlə davam etdirilir. Fermerlərin siyahısı formalaşdırıldıqdan sonra subsidiya ödənişləri həyata keçiriləcək.

Qeyd edək ki, subsidiya vəsaitləri fermer kartlarına köçürülür. Fermerlər vəsaitin 25 faizini nağd şəkildə istifadə edə, 75 faizini isə qeyri-nağd qaydada kənd təsərrüfatı istehsal vasitələrinin – mineral gübrə, pestisid, biohumus, herbisid və toxumların alınmasına yönəldə bilərlər. Subsidiyalar, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınması və quraşdırılmasına da sərf oluna bilər.

↑