Cümə, 23 Oktyabr 2026 12:13:39 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Gündəm

Gözümüzdən qaçan qəpiklər kredit tarixçəmizi korlaya bilər – AÇIQLAMA

21.06.2025 09:26 · 96 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, adətən, banklar müqavilə bağlayanda qeyd edirlər ki, xidmət qeyri-iş gününə təsadüf edərsə, növbəti iş gününə keçirilir. Özlərinin depozit faizi ödənişi olduqda heç bir narahatlıq olmadan növbəti iş günündə edirlər. Amma iş vətəndaşın kredit ödənişinə gələndə əlavə faiz hesablanır.

Bunu  açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, əgər vətəndaş krediti qeyri-iş günündə ödəsə belə, gecikmə faizi hesablanmış olur:

“Banklar tələb edir ki, əgər ödəniş bayrama düşürsə, ödəniş əvvəlki iş günündə ödənilməlidir. Bu məsələ bir qədər mübahisəlidir. Əgər bu müqavilədə yoxdursa, burada banklar haqsızdır.

Bu, Mülki Məcəllə ilə tənzimlənən məsələdir, əgər ödəniş qeyri-iş gününə təsadüf edirsə, növbəti iş günündə edilə bilər. Vətəndaş burada diqqətli olmalıdır. Çalışmalıdır ki, adında gecikmə olmasın. Amma bir ay ərzində gecikmələrdə vətəndaşın kredit tarixçəsinin korlanması baş vermir. Yəni 1-2 gün gecikmə olduqda çox narahatlıq olmamalıdır. Sadəcə cərimə faizləri məsələsi var”.

Ekspert bildirib ki, belə halların yaşanmaması üçün əvvəlcə müqaviləyə baxılmalıdır:

“Əgər müqavilədə qeyd edilibsə ki, ödəniş qeyri-iş gününə təsadüf etdikdə əvvəlki gün ödənilməlidir, bu edilməlidir. Bank bu addımı atıbsa və biz də razılaşmışıqsa, bir şey edə bilmirik. Amma belə bir müddəa yoxdursa, Mülki Məcəllənin tələblərinə uyğun olaraq ödəniş növbəti iş günü qüvvəyə minməlidir. Əgər müqavilədə varsa, hər hansı problem olmamalıdır.

Vətəndaş buna görə də müqaviləsinə mütləq baxmalıdır. Bunun nəticəsi bizə 2 formada təsir edə bilər. Birincisi, gecikmə faizi hesablanır, ikincisi, diqqətdən qaçmış məbləğ ola bilər. Məsələn, orada diqqətimizdən qaçmış qəpik-quruş qalaraq, aylarla gözdən qaça bilər. Bu da bizim kredit tarixçəmizi korlaya bilər. Ona görə də diqqətli olaq. Bankların, demək olar, hamısının mobil tətbiqləri var. Mütəmadi olaraq kredit tarixçəmizi yoxlamalıyıq. Vətəndaş özü bu informasiyaları almalıdır”.

İqtisadçı ekspert Eyyub Kərimli isə Trend-ə qeyd edib ki, kredit ödənişləri müqavilənin şərtlərinə əsasən müəyyənləşir:

“Qeyri-iş günlərində ödənişlərlə bağlı müddəalar bankların müqavilələrində əks etdirilir. Bəzi banklar bunu müqavilədə qeyd edərək, belə olan halda ödənişin əvvəlcədən edilməsini də tələb kimi qoya bilir. Qanunvericilikdə bununla bağlı məhdudiyyət yoxdur”

“Hazırda bizdə ödənişlər daha çox terminallar və onlayn formada həyata keçirilir. Belə hallarda ödəniş növbəti iş günü hesaba oturur. Banklar çox zaman bunu nəzərə alırlar”, – E.Kərimli deyib.

↑