Bazar, 25 Oktyabr 2026 01:20:11 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Siyasət

Əbu-Dabidən dünyaya sülh mesajı

06.02.2026 13:45 · 302 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri bir çox mühüm məqamlarla yadda qaldı. Səfər çərçivəsində dövlət başçısının keçirdiyi görüşlər, strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrində, siyasi, iqtisadi, enerji, həmçinin bərpa olunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə əməkdaşlığın daha da gücləndirilməsi mövzularında aparılan müzakirələr, həmçinin cənab prezidentin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunma mərasimində səsləndirdiyi fikirlər bir daha Azərbaycanın qətiyyətli mövqeyinin, ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətimizin uğurlarının növbəti təqdimatı oldu.

Azərbaycan və BƏƏ arasında əlaqələr qarşılıqlı etimad və dövlətlərin suverenliyinə hörmət prinsipləri üzərində qurulub. Bu gün də bu əlaqələr həm diplomatik münasibətlər çərçivəsində eyni zamanda iqtisadiyyat, enerji, investisiya, bərpa olunan enerji, nəqliyyat logistika, humanitar və mədəni sahələr üzrə sürətlə inkişaf edir. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasəti nəicəsində Azərbaycan – BƏƏ münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Prezident İlham Əliyevin fevralın 4-də Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı” mükafatının təqdimolunma mərasimində səsləndirdiyi fikirlər sülh, əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan siyasətin prioritetlərini bir daha nümayiş etdirdi.

Səfərin ən mühim tarixi anlarından sözügedən mükafatın təqdimolunma mərasimi idi. Əbu-Dabi səfəri çərçivəsində prezident İlham Əliyevin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı” ilə təltif olunması Azərbaycan rəhbərliyinə beynəlxalq səviyyədə verilən siyasi və mənəvi qiymət kimi dəyərləndirilməlidir. BƏƏ-nin qurucusu Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyan bu mükafatın təqdimatı, xüsusilə tolerantlıq, dinlərarası diyaloq və humanizm dəyərlərinin təşviqi baxımından rəmzi məna daşıyır. Mərasimdə çıxış edən Azərbaycan Prezideni bu mükafatı böyük şərəf kimi qəbul edərək onu Azərbaycan xalqına və ölkənin yürütdüyü siyasətə verilən yüksək qiymət kimi dəyərləndirdi.

Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi ilk növbədə onun uzun illər davam etmiş və regional təhlükəsizliyə ciddi təhdid yaradan münaqişənin həllinə yönəlmiş prinsipial və ardıcıl siyasətinə verilən yüksək qiymətdir. Bu mükafat eyni zamanda Azərbaycan prezidentinin liderlik modelini beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir. Azərbaycan bu gün yalnız enerji və nəqliyyat layihələri ilə deyil, sülh təşəbbüsləri və regional sabitliyin  təmin olunmasına verdiyi tövhfələrlə də tanınır. Ölkənin çoxtərəfli diplomatiyada oynadığı rol, beynəlxalq platformalarda nümayiş etdirdiyi məsuliyyətli mövqe və dialoqa əsaslanan yanaşma bu imicin əsas sütunlarını təşkil edir. Bu baxımdan dövlət başçımızın bu mükafata layiq görülməsi Azərbaycanın sülhə sadiq dövlət kimi mövqeyini daha da möhkəmləndirir.

Mərasimdə prezident İlham Əliyevin çıxışının əsas mövzusu sülh və insan qardaşlığı mövzusunda səsləndirdiyi mesajlar oldu. Prezident İlham Əliyev uzun illər davam edən Azərbaycan -Ermənistan münaqişəsinin artıq başa çatdığını və regionun yeni mərhələyə qədəm qoyduğunu diqqətə çatdırdı. İki ölkə arası münasibətlərin normallaşması istiqamətində atılan addımların bütövlükdə region üçün strateji əhəmiyyət daşıdığını vurğuladı. Prezidentin nitqində həmçinin vurğulandı ki, bizim nümunəmiz hələ də müharibə vəziyyətində olan ölkələr üçün yol xəritəsi kimi istifadə edilməlidir və bu nümunə göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr, beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda sülhün mümkünlüyü bərqərar ola bilər.

Ümumilikdə Əbu-Dabidə səsləndirilən çıxışın əsas mesajı o idi ki, uzun illər davam edən münaqişələrdən sonra belə sülh və əməkdaşlıq mümkündür. Və bu yalnız regional deyil, qlobal əhəmiyyət daşıyan töhfələrlə nəticələnə bilər. Prezident İlham Əliyevin nitqində səslənən siyasi mesajlarda insan qardaşlığı, dialoq və qarşılıqlı hörmət prinsiplərinin XXI əsrin beynəlxalq münasibətlərində əsas istiqamət olmasının vacibliyi xüsusi vurğulandı.

Düzgün.az

↑