Çərşənbə axşamı, 27 Oktyabr 2026 23:31:26 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
27 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Əsas prospektlərdən birində hərəkət sxemi dəyişir – VİDEO

29.01.2026 20:11 · 417 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərə uyğun olaraq növbəti layihə icra edilir. Belə ki, proqramda paytaxtın şimal girişi sayılan və böyük önəm kəsb edən həm Tbilisi, həm də Moskva prospektləri üzrə bir neçə ərazidə işlərin icrası nəzərdə tutulub.

Bu barədə AYNA məlumat yayıb.

Bildirilir ki, artıq “Şamaxinka” adlanan ərazidə və Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində layihələr icra olunur.

Növbəti mərhələdə Tbilisi prospektinin daha bir problemli hissəsində “Rəqəmsal əkiz” vasitəsilə təhlillər aparılıb və həllər təklif olunub. Prospektin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində mövcud hərəkətin təşkilindəki bəzi çatışmazlıqlar günün pik saatlarında ciddi sıxlığa səbəb olur. Xüsusilə, icra edilən sola dönmə manevrləri arxadan gələn nəqliyyat axınlarını ləngidir, hərəkətin ritmini pozur və qəza risklərini artırır. Eyni zamanda, burada piyada hərəkətinin təhlükəsizliyi və rahatlığı tam təmin olunmur.

Bu problemlərin köklü həlli məqsədilə həmin ərazidə yol infrastrukturunda dəyişikliklər icra ediləcək. Belə ki, sola dönən nəqliyyat vasitələri üçün axından izolyasiya edilmiş, xüsusi “cib” tipli zolaqlar təşkil olunacaq. Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılacaq, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə biləcəklər.

Bundan əlavə, Tbilisi prospekti və Həsən Əliyev küçəsinin kəsişməsində hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi nəzərə alınaraq, burada nizamlanmayan prioritetli hərəkət qaydası ləğv edilir. Əvəzində kəsişmədəki münaqişəli nöqtələri minimuma endirmək və hərəkət növbəliliyini təmin etmək üçün yeni işıqforlar quraşdırılacaq. Bu, kəsişmənin buraxıcılıq qabiliyyətini artırmaqla yanaşı, təhlükəsizliyi də maksimum səviyyəyə çatdıracaq.

Paralel olaraq, piyadaların rahatlığı və əlçatanlığı üçün nizamlanan piyada keçidləri təşkil olunacaq və səkilər yenilənəcək.

Həyata keçirilən bu kompleks tədbirlər sözügedən yol qovşağında qarışıqlığı aradan qaldıracaq, yol hərəkətinin təhlükəsizliyinə və şəhər mobilliyinin keyfiyyətinin artırılmasına xidmət edəcək.

Layihə barədə videoçarxda tanış ola bilərsiniz:

 

 

 

↑