Cümə, 23 Oktyabr 2026 12:41:52 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Şoubiznes

“İllər öncə işdən azad olunmuşam” – Niyaməddin Musayevin qızı

28.01.2026 16:25 · 408 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, son günlər Xalq artisti Niyaməddin Musayevin qızı Röya Musayeva haqqında informasiyalar sosial mediada böyük müzakirələrə səbəb olub. Belə ki, Röya Musayevanın Fövqəladə Hallar Nazirliyində nazir Kəmaləddin Heydərovun əmri ilə vəzifəsindən azad olunması barədə xəbərlər yayılıb.

Yayılan məlumatlarla bağlı Röya Musayeva Oxu24.com-a müsahibə verib.

Həmin müsahibədən bir hissəni təqdim edirik:

– Röya xanım, bu gün yerli mediada Sizin vəzifənizdən azad olunmağınız barədə məlumat yayıldı. Bu informasiya müəyyən suallara səbəb oldu. Siz nə zaman vəzifənizdən azad olunmusunuz?

– Bütün bunlar yalnış informasiyalardır. Mən Kanadaya köçməmişdən öncə ərizəmi yazıb işdən çıxmışam. Bundan əvvəl yazılan xəbərlərdə də mənim həmin nazirlikdə işlədiyim yazılmışdı. Yəni əvvəllər işləmişəm, hazırda yox…Yayılan xəbərdə “hazırda orada işləyir” yazılmamışdı axı… Bu xəbərlər hardan çıxdı?

– Röya xanım, sosial şəbəkələrdə Sizin müğənni Təranə Qumralın müraciətindən sonra işdən çıxarılmağınız yazılır. Buna münasibətiniz?

– Xeyr, bu tamamilə əsassız xəbərlərdir. Dedim axı, saytlarda yazılan informasiyalarda “işləyib” yazılmışdı.Öz ərizəmlə illər öncə işdən azad olunmuşam. Xahiş edirəm, bu xəbərləri yazarkən Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəsmi məlumatlarına istinad edin. Orada hər şey yazılıb. Bəzi jurnalistlər, adamlar qruplaşma yaradıblar. Müəyyən təbliğatlar aparırlar. Ayıbdır, vallah… Qurumla durumun mənasını ayırd edə bilməyən adam məni işdən necə çıxartdıra bilər ki?…Mümkünatsız şeydir…

– Röya xanım, ən çox müzakirə mövzusu Sizin “polkovnik” rütbənizlə bağlıdır. Münasibətiniz?

– Yalnışdır… Məni bu cürə mənasız suallarla narahat etməyin… Əsassızdır…

– Bəs sizin vətəndaşlarla, şəhid ailələri ilə görüşləriniz olub. Həmin görüşlərdən fotolar var…

– Mən Nazirliyin işçisi olmuşam. Vətəndaşlarla görüşməyim normal haldır. Burada nə var ki?

– Siz məni doğru başa düşmədiniz… Formada görüşünüzü nəzərdə tuturam…

– Hamısı boş iddialardır…Sübutlarla gəlin, insanları boş-boş ittiham etməyin. Hamısı o xanımın iddialarıdır. Yaxında özüm geniş açıqlama verəcəyəm, sağ olun…

↑