Cümə, 23 Oktyabr 2026 13:35:39 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
İqtisadiyyat

Bu məlumatlar ayın 15-dək təqdim ediləcək

28.01.2026 16:14 · 398 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydalarına dəyişiklik edilir.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Layihəyə əsasən, dövlət orqanları (qurumları), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər vergi orqanında uçota alındıqda, yenidən təşkil edildikdə və ya uçotdan çıxarıldıqda bu barədə məlumatlar (vergi ödəyicisinin adı, VÖEN-i, hesabları göstərilməklə) hər ay bitdikdən sonra növbəti ayın 15-dək həmin orqan tərəfindən elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunur.

Bundan başqa, qeydiyyata alınan hesab dövlət orqanlarına (qurumlarına), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və dövlət adından yaradılan publik hüquqi şəxslərə məxsus olduqda həmin hesablar barədə məlumatlar vergi orqanı tərəfindən müvafiq məlumat bank əməliyyatları aparan şəxslər tərəfindən vergi orqanına daxil olduğu gündən sonrakı 1 iş günü müddətində elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir.

Qeyd olunub ki, dövlət orqanları (qurumları) və dövlət müəssisələri ilə bağlı qeyd olunan məlumatların vergi orqanları və banklar tərəfindən qurumlararası informasiya sisteminin imkanlarından istifadə etməklə verilməsi dövlət vəsaitlərinin xərclənməsinə nəzarətin güclənməsinə, həmin qurumların fəaliyyətinin daha çevik monitorinqinə imkan verəcək.

↑