Düzgün.az xəbər verir ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva 74 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd edək ki, mərhum 2014-cü ildə “Fəxri Mədəniyyət İşçisi” döş nişanı, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı, 2018-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
