Çərşənbə, 28 Oktyabr 2026 10:08:18 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
28 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində – FOTOLAR

19.01.2026 10:15 · 307 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az  xəbər verir ki, Adva Zəfər Muzeyi 1896-cı il martın 1-də Adva döyüşündə İtaliya işğalçıları üzərində qazanılan qələbəyə həsr olunan memorial kompleksdir. Kompleks Əddis-Əbəbə şəhərinin mərkəzində, vaxtilə ölkənin hər yerindən gələn efiopiyalıların Adva döyüşünə yollanmazdan əvvəl toplandığı məkanda yerləşir. Bu tarixi hadisə həm Efiopiya, həm də bütövlükdə Afrika qitəsi üçün xalqın azadlıq uğrunda nümayiş etdirdiyi birlik və qətiyyəti simvollaşdıraraq böyük əhəmiyyət kəsb edir. Sözügedən döyüşdə Efiopiya parlaq qələbə qazanaraq öz müstəqilliyini qoruyub və Afrika tarixində müstəmləkəyə çevrilməyən yeganə dövlət olub.

Memorialın girişində imperator II Menelik və imperatriçə Taytu Bitulun, eləcə də həmin dövrdə orduya rəhbərlik etmiş 12 generalın heykəlləri ucaldılıb.

Muzeydə pan-afrikaçılığa həsr olunan, Efiopiyanın digər Afrika ölkələri və onların liderləri ilə əməkdaşlığını vurğulayan xüsusi bölmə mövcuddur. Kompleksdə müxtəlif müasir və qədim sənət əsərləri ilə yanaşı, həmin dövrə aid nadir artefaktlar – qalxanlar, qılınclar, atıcı silahlar, sənədlər və digər tarixi relikviyalar nümayiş olunur. Kompleksə sərgi salonlarından əlavə, amfiteatr, kitabxanalar və gənclər mərkəzləri də daxildir.

Leyla Əliyeva Əddis-Əbəbənin ən böyük istirahət məkanı olan “Dostluq” Parkını da ziyarət edib.

Parkın mərkəzindəki möhtəşəm musiqili fəvvarənin nümayişi ətrafda sehrli bir atmosfer yaradıb. Azərbaycan xalq mahnılarının həzin sədaları altında rəqs edən su damlaları, musiqinin akkordları ilə harmoniya təşkil edərək zərif bir sənət əsərini xatırladıb.

 

Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində - FOTOLAR

Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində - FOTOLAR

Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində - FOTOLAR

Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində - FOTOLAR

Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində - FOTOLAR

Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində - FOTOLAR

Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində - FOTOLAR

↑