Çərşənbə, 28 Oktyabr 2026 13:15:16 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
28 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Nəsimi Nəbizadənin qaçdığı reabilitasiya mərkəzində yoxlama keçirildi

15.01.2026 18:28 · 379 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Ombudsman yanında “Psixi sağlamlıq və İnsan hüquqları” sahəsində İşçi Qrupun fəaliyyəti çərçivəsində müxtəlif asılılıqlarla bağlı reabilitasiya xidmətləri təklif edən “Qurtuluş” reabilitasiya mərkəzində Ombudsman Aparatının əməkdaşları tərəfindən monitorinq keçirilib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, “Psixiatriya yardımı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının qanunları əsasında təşkil olunmuş monitorinqin məqsədi bu mərkəzdə saxlanma şəraiti, rəftar məsələlərinin araşdırılması və reabilitasiya prosesinə cəlb olunmuş şəxslərin hüquqlarının təmini məsələlərinin öyrənilməsi olub.

Mərkəzin fəaliyyətinin hüquqi əsasları, sənədləşmə, qidalanma, tətbiq olunan reabilitasiya proqramları, rəftar, müraciət etmək hüququ kimi məsələlərlə bağlı müəssisənin rəhbərliyi və əməkdaşlarla söhbət aparılıb.

Monitorinq zamanı mərkəzdəki yataqxana, yeməkxana, ibadət otaqları, inzibati hissə və istirahət zonalarına baxış keçirilib, reabilitasiya keçən bir neçə nəfər könüllü və konfidensial qaydada qəbul edilib.

Reabilitasiya prosesi keçən şəxslərin məxfiliyinə, şəxsi həyatına hörmət prinsiplərinə riayət edilməsi məsələləri araşdırılıb, yalnız könüllü razılıq olduqda bu şəxslər barədə məlumatların ictimailəşdirilməsinin mümkünlüyü vurğulanıb.

Monitorinq çərçivəsində Ombudsmanın “916” Çağrı Mərkəzinin fəaliyyəti barədə informasiyanı əks etdirən məlumat lövhələrinin mövcudluğu və reabilitasiya keçən şəxslərin Ombudsmana müraciət hüququnun təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

Yekunda Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri mərkəzin nümayəndələrinə təqdim edilib.

“Reabilitasiya xidmətləri göstərən mərkəzlərin fəaliyyəti üzərində müntəzəm nəzarətin təmin edilməsi, müvafiq sahədə qanunvericiliyin və lisenziyalaşdırma prosesinin təkmilləşdirilməsi, etik prinsiplərə ciddi riayət olunması zəruridir. Eyni zamanda, media nümayəndələri və ictimaiyyətin reabilitasiyadan keçən şəxslərin məxfiliyinə hörmətlə yanaşması xüsusi əhəmiyyət kəsb edir. Digər tərəfdən, asılılıqlardan əziyyət çəkən şəxslərin cəmiyyətə adaptasiyası üçün vacib olan bu cür mərkəzlər barədə yoxlanılmamış məlumatların yayılmasının da narahatlıq doğurduğu vurğulanmalıdır.

Məsələ Ombudsmanın diqqət mərkəzindədir. Reabilitasiya xidmətləri göstərən mərkəzlərin monitorinqi prosesinin davam etdirilməsi, monitorinqlərin nəticələri əsasında aparılan təhlil işinin yekunlaşdırılaraq müvafiq təklif və tövsiyələrin hazırlanması və aidiyyəti dövlət orqanlarına ünvanlanması nəzərdə tutulur”, – deyə məlumatda qeyd edilib.

↑