Düzgün.az xəbər verir ki, Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib.
Bu barədə özü sosial şəbəkədə paylaşım edib:
“Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib. Bu gün Ankara İnzibati Məhkəməsi tərəfindən G-82 kodunun ləğvi ilə bağlı irəli sürülən müraciət əsasında İstanbul Valiliyinə sorğu göndərilib”.
