Çərşənbə, 28 Oktyabr 2026 15:04:02 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
28 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Naxçıvanda MAXE qəbulu elan edildi

14.01.2026 13:46 · 385 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər  verir ki, Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılıb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sənəd qəbulu fevralın 15-dək saat 09:00-dan 17:00-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində həyata keçiriləcək.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na ən azı ümumi orta təhsilli, müddətli həqiqi hərbi xidmətini başa vurmuş 35 yaşınadək hərbi vəzifəlilər (zabit, gizir, miçman hərbi rütbəsi olanlar istisna olmaqla), eləcə də ixtisasını dəyişmək və ya artırmaq arzusunda olan Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmiş (“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə), “q” bəndinə (ştat ixtisarına görə) əsasən ordu sıralarından ehtiyata buraxılmış) 40 yaşınadək hərbi vəzifəlilər və 30 yaşınadək qadın cinsli vətəndaşlar qəbul edilir.

Vurğulanıb ki, müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirmiş şəxslərin təyinatı Əlahiddə Ümumqoşun Ordunun ehtiyaclarına uyğun vakant vəzifələrin komplektləşdirilməsi üzrə həyata keçiriləcək.

↑