Düzgün.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Mirzəcəfərli kəndində fəaliyyət göstərən, Sadıxov Elnur Saleh oğluna məxsus “Muğan Məkanı” restoranında yoxlama keçirib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, baxış zamanı restoranda sanitar norma və qaydaların pozulduğu, sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl olunmadığı aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və restoranın fəaliyyəti məhdudlaşdırılıb.





