Cümə, 23 Oktyabr 2026 12:42:24 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Mədəniyyət

“Üzeyir Hacıbəyli Mükafatı”nı qazanan müəllimlərin sayı açıqlandı

09.01.2026 11:14 · 303 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az  xəbər  verir ki, dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə təsis edilmiş “Üzeyir Hacıbəyli Mükafatı”nın təqdim edilməsi ilə bağlı müsabiqə uğurla yekunlaşıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının birgə təsdiq etdiyi Reqlamentə əsasən müsabiqə iki mərhələdə təşkil olunub. Reqlamentin tələblərinə uyğun olaraq namizədlərin peşəkar fəaliyyəti, bilik və bacarıqları Ekspert Komissiyası tərəfindən qiymətləndirilib və yüksək göstəricilərə malik iştirakçılar müəyyənləşdirilib.

Müsabiqəyə Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan ümumilikdə 66 müəllim namizəd qatılıb. 

Müsabiqənin I mərhələsinin nəticələrinə əsasən seçilmiş iştirakçılar II mərhələyə buraxılıb. Sonrakı mərhələdə Reqlamentə uyğun olaraq Komissiya üzvləri tərəfindən iştirakçıların açıq dərslərinin videoyazılarına baxış keçirilib və namizədlər peşəkar meyarlar əsasında qiymətləndirilib.

19 dekabr 2025-ci il tarixində Komissiyanın iclasında müzakirələrin yekununda 19 müəllim (https://shorturl.at/eFmyn)  müsabiqənin qalibi elan edilib və onlar “Üzeyir Hacıbəyli Mükafatı”na layiq görülərək həm pul mükafatı, həm də diplomlarla təltif ediləcəklər.

Qeyd edək ki, dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində keçirilən bu müsabiqə musiqi və incəsənət təhsili sahəsində çalışan müəllimlərin peşəkarlığının təşviqi, yaradıcı potensialının üzə çıxarılması və milli musiqi irsinin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

↑