Cümə, 23 Oktyabr 2026 10:54:38 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
23 Oktyabr 2026
SON XƏBƏRLƏR
“AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Dirçəlişin və qayıdışın ünvanı-Zəngilan şəhəri20.10.2026 15:44 Kollecinin yaranmasının 80 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib-FOTO16.10.2026 21:27 Füzuli Zəfəri qəhrəmanlığın və milli iradənin təntənəsidir16.10.2026 20:40
Gündəm

Yol kənarlarında satışla məşğul olanlara MÜRACİƏT

18.06.2025 18:12 · 130 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, nəqliyyatın hərəkətinin intensiv olduğu yollarda küçə ticarətinin həyata keçirilməsinin yolverilməzliyi haqda dəfələrlə xəbərdarlıq edilməsinə və görülən inzibati tənbehlərə baxmayaraq, son dövrlər yol kənarlarında müxtəlif məhsulların satışının artdığı müşahidə olunur.

Bu barədə DİN-in Mətbuat Xidmətindən  bildirilib.

Qeyd edilib ki, ilk baxışda sadə ticarət forması kimi görünən bu cür fəaliyyətlər əslində vətəndaşların həm özləri, həm alıcılar, həm də yol hərəkətinin digər iştirakçıları üçün real təhlükə mənbəyidir.

“Nəqliyyat axınının intensiv və sürətli olduğu yollarda avtomobillərin dayanması, insanların yola çıxması da sürücü və piyadalar üçün ciddi risklər doğurur, eyni zamanda ağır yol-nəqliyyat hadisələrinə səbəb olur.

Nəzərə alınmalıdır ki, yollar yalnız nəqliyyat vasitələri üçündür, bu yerlərdə ticarət məqsədilə dayanma və piyadaların hərəkəti qadağandır.

Küçə ticarətinin yay mövsümü ilə əlaqədar insanların bölgələrə istirahətə üz tutduğu bir şəraitdə aparılması isə daha böyük təhdidlər yaradır və belə hallarda baş vermiş yol-nəqliyyat hadisələri faciə ilə nəticələnir.

Xahiş edirik ki, ticarət fəaliyyətinizi yalnız müvafiq dövlət qurumlarının müəyyən etdiyi yerlərdə həyata keçirəsiz.

Bir daha qanunvericiliyin tələblərinə riayət etməyə, özünüzün və başqalarının həyatını təhlükəyə atmamağa çağırırıq”.

 

↑