Çərşənbə, 28 Oktyabr 2026 17:29:57 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
28 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Piyadaların təhlükəsizliyi üzrə yeni dövlət standartı qəbul ediləcək

09.01.2026 15:33 · 432 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər  verir ki, Azərbaycanda “Avtomobil yolları və küçələr. Piyadaların hərəkət təhlükəsizliyi. Ümumi tələblər” dövlət standartının qəbulu gözlənilir.

Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) məlumat yayıb.

Məlumata görə, AZSTAND-ın təsis etdiyi “Nəqliyyat və nəqliyyat infrastrukturu” üzrə standartlaşdırma Texniki Komitəsinin (AZSTAND/TK 43) növbəti onlayn iclası keçirilib.

İclasda AZSTAND-la yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Avtomobil Yolları Dövlət Agentliyi, “Azərbaycan Dəmir Yolları” və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-lərin, Bakı Limanının nümayəndələri iştirak ediblər.

İclas çərçivəsində AZSTAND/TK 43-ün 2025-ci il üzrə Fəaliyyət Planına uyğun olaraq hazırlanmış AZS 993 “Avtomobil yolları və küçələr. Piyadaların hərəkət təhlükəsizliyi. Ümumi tələblər” dövlət standartının layihəsi müzakirə olunub.

Layihənin dövlət standartı kimi qəbul edilməsi məqsədilə AZSTAND-a təqdim edilməsi barədə qərar qəbul edilib.

“Nəqliyyat və nəqliyyat infrastrukturu” üzrə standartlaşdırma Texniki Komitəsi (AZSTAND/TK 43) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində yaradılıb.

Komitə nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində minimum təhlükəsizlik-keyfiyyət tələblərinin formalaşdırılması, gəmiqayırma, aviasiya və dəmir yolu üzrə standartlaşdırmanın müasir tələblərə uyğunlaşdırılması, eləcə də sahə üzrə uyğunluğun qiymətləndirilməsi prosedurlarının normativ bazasının yaradılması məqsədilə fəaliyyət göstərir.

↑