Çərşənbə, 28 Oktyabr 2026 17:30:45 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
28 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Bakıda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanıldı

09.01.2026 14:52 · 418 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər  verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda nəqliyyat sisteminin daha da müasirləşdirilməsinə yönəlmiş növbəti mühüm layihənin icrasına başlayıb.

Agentliyin məlumatına görə, məqsəd “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsidir.

Layihə çərçivəsində “Çinarlı” yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulur. Tunellər “Bakı Metropoliteni” QSC-nin xidməti ərazisinin altından keçməklə layihələndirilib.

Yeni layihələndirilən avtomobil tunelinin uzunluğu 175.3 metr, hərəkət hissəsinin eni 8.5 metr, daxili hündürlüyü isə 7 metr təşkil edəcək. Avtomobil tuneli 2 hərəkət zolaqlı olmaqla inşa ediləcək. Burda hər bir istiqamət üzrə xidməti baxış və piyadalar üçün piyada səkilərinin inşası da nəzərdə tutulub.

Piyadaların hərəkəti üçün nəzərdə tutulan tunelin uzunluğu 201.9 metr təşkil edəcək. Tunel hərəkət hissəsinin eni 6 metr, daxili hündürlüyü 2.7 metr olmaqla inşa ediləcək.

Yeni tunellərin inşası ərazidə nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, yol hərəkətinin təhlükəsizliyinin artırılmasına və mövcud tıxacların aradan qaldırılmasına xidmət edəcək. Avtomobil tuneli nəqliyyat vasitələrinin fasiləsiz və rahat hərəkətini təmin etməklə yanaşı, piyada tuneli sakinlərin qarşı tərəfə təhlükəsiz keçidini mümkün edəcək. Bu isə xüsusilə ətrafda yaşayan əhalinin gündəlik hərəkət rahatlığını əhəmiyyətli dərəcədə artıracaq.

Layihənin icrası zamanı müasir yol-nəqliyyat standartlarına uyğun texniki həllərin tətbiqi, eləcə də ətraf mühitə təsirin minimuma endirilməsi nəzərdə tutulur.

Tunellərin istifadəyə verilməsi nəticəsində Abay Kunanbayev küçəsi və ona bitişik ərazilərdə nəqliyyat axınının optimallaşdırılması, şəhər infrastrukturunun funksionallığının yüksəldilməsi və paytaxtın ümumi nəqliyyat şəbəkəsinin daha səmərəli təşkili təmin olunacaq.

Qeyd olunan küçələr arasındakı mövcud piyadalar üçün yeraltı keçid ərazidə avtomobillərin və piyadaların hərəkəti üçün yeni yeraltı tunellər layihələndirildiyindən bağlanıb.

↑