Çərşənbə, 28 Oktyabr 2026 18:34:08 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
28 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Bu şəxslərə arayış elektron qaydada veriləcək

08.01.2026 16:42 · 389 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az  xəbər  verir ki, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası təsdiqlənib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Bununla əlaqədar Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” azirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli Qərarı ləğv edilib.

Yeni Qaydaya əsasən, müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə ( TMİS) “Elektron imza və elektron sənəd haqqında” qanunun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan arayış veriləcək.

Arayışda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu sənədlərdə göstərilən məlumatların EHİS üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim edilməsinə bərabər tutulur.

Aşağıdakı şəxslər təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslər hesab edilirlər:

– ümumi orta və tam orta təhsil səviyyələri üzrə hər hansı sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən, yaxud yekun attestasiyada iştirak etməyən ümumi təhsil pilləsinin müvafiq səviyyələrini başa vurmamış şəxslər;

– peşə təhsili pilləsinin hər hansı səviyyəsi üzrə müvafiq ixtisasın təhsil proqramında nəzərdə tutulan tələbləri yerinə yetirməyən və ya yüksək texniki peşə təhsili səviyyəsinə uyğun tədris proqramı üzrə tələb olunan kredit miqdarını tam toplamayan, yaxud ilk peşə və texniki peşə təhsili səviyyəsi üzrə yekun qiymətləndirmədə iştirak etməyən və ya qeyri-müvəffəq qiymət alan, yaxud təhsil müəssisəsindən xaric olunan şəxslər;

– orta ixtisas təhsili pilləsinin müvafiq ixtisası üzrə təhsil proqramında nəzərdə tutulan tələbləri yerinə yetirməyən və ya qanunvericiliyə uyğun olmadan təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişən və müəssisəyə bərpa olunan və ya diplomunda, yaxud diploma əlavədə göstərilən məlumatlarla onun hüquqi əsasını müəyyən edən sənədləri uyğunsuzluq təşkil edən və ya təhsil müəssisəsindən xaric olunan şəxslər;

– ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və ya magistratura (rezidentura) səviyyəsində müvafiq ixtisas üzrə təhsil proqramı ilə müəyyən edilmiş kreditləri toplamayan və ya qanunvericiliyə uyğun olmadan təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişən və müəssisəyə bərpa olunan və ya diplomunda, yaxud diploma əlavədə göstərilən məlumatlarla onun hüquqi əsasını müəyyən edən sənədləri uyğunsuzluq təşkil edən və ya təhsil müəssisəsindən (rezidentura səviyyəsinə münasibətdə ali tibb təhsili və elmi müəssisədən və ya Səhiyyə Nazirliyi tərəfindən rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilən tibb müəssisəsindən (klinik baza) xaric olunan, eləcə də doktorantura (adyunktura) səviyyəsi üzrə normativ təhsil müddətində dissertasiyanı ilkin müzakirəyə təqdim etməyən və ya fərdi iş planını yerinə yetirməyən şəxslər.

↑