Düzgün.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Chevrolet” markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü Z.Verdiyevanı vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə DYP əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
