Düzgün.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Şəhər Təsərrüfatı Birliyinin rəhbəri Murtuz Salahov vəzifəsindən azad edilib.
Rayon rəhbərinin digər əmri ilə Bayramov Fuad Arif oğlu sözügedən vəzifəyə müdir təyin edilib.
Qeyd edək ki, F.Bayramov Gədəbəy rayon Mənzil Kommunal İstismar İdarəsinin rəisi vəzifəsində çalışıb.
Səbuhi Eltonlu

