Düzgün.az xəbər verir ki, Gəncədə Prezident İlham Əliyevin 64 yaşının tamam olması ilə əlaqədar “Dəmir yumruq və Sülh göyərçini” fleş-mobu keçirilib.
Yeni Аzərbaycan Partiyası Mərkəzi Aparatının təşəbbüsü, Gəncə şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə keçirilən fleş-mobda on min gənc iştirak edib.
Gəncə şəhər İcra Hakimiyyətinin qarşısı – Heydər Əliyev Meydanında dünyaya sülh mesajının verilməsi
məqsədilə tələbə gənclərdən ibarət “Dəmir yumruq və Sülh göyərçini” kompozisiyası yaradılıb.







