Çərşənbə, 28 Oktyabr 2026 18:16:23 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
28 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Bu ərazilərdə “Kənddən şəhərə” yarmarkası başlanır – Ünvanlar

24.12.2025 21:15 · 384 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, dekabrın 25-dən etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə Bakının daha yeddi ərazisində və Sumqayıt şəhərində “Kənddən Şəhərə” Yeni il yarmarkaları keçiriləcək.

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunan yarmarkalar Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində (köhnə “Şərq bazarı”nın yaxınlığı), Bakıda isə “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Nəriman Nərimanov”, “Elmlər Akademiyası” və “Azadlıq” metro stansiyalarının yaxınlığında fəaliyyət göstərəcək. “Kənddən Şəhərə” yarmarkaları dekabrın 29-dək davam edəcək.

Yarmarkaların təşkilində əsas məqsəd fermerlərin satış imkanlarını genişləndirmək, regionlardan gətirilən yerli məhsulları daha çox istehlakçıya çatdırmaq, bayram günlərində vətəndaşların keyfiyyətli, təbii və yerli məhsullara rahat çıxışını təmin etməkdir. Layihə çərçivəsində xüsusilə kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışının təmin olunmasına xüsusi önəm verilir.

Yarmarkalarda ölkənin 40-a yaxın regionundan iştirak edəcək 160-a yaxın fermer öz təsərrüfatlarında yetişdirdikləri 150-dən artıq çeşiddə məhsulu satışa çıxaracaqlar.

Qeyd edək ki, təşkil olunan yarmarkalarda fermerlər satış üçün yer, piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

 

↑