Çərşənbə, 28 Oktyabr 2026 19:20:26 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
28 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Xankəndidə Yeni il yarmarkası təşkil olunacaq – İlk dəfə

25.12.2025 16:30 · 349 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, azad olunmuş ərazilərdə ilk dəfə “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunacaq.

Yarmarkanın 27-29 dekabr tarixlərində Xankəndi şəhərinin mərkəzində keçirilməsi nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə baş tutacaq yarmarkada müxtəlif regionlardan gəlmiş fermerlər öz təsərrüfatlarında yetişdirdikləri məhsulları satışa çıxaracaqlar. 

Xankəndi şəhərində “Kənddən Şəhərə” Yeni il yarmarkası təşkil olunmasında məqsəd Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində sakinlərin qida və kənd təsərrüfatı məhsullarına olan ehtiyacını daha dolğun şəkildə ödəməkdir. Xankəndi sakinləri 3 gün ərzində yarmarkaya baş çəkərək münasib qiymətlərə kənd təsərrüfatı məhsulları ala biləcəklər. 

Qeyd edək ki, bu il “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində paytaxtın 8 fərqli nöqtəsində və Sumqayıt şəhərində “Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyət göstərir. “Gənclik” metro stansiyasının çıxışındakı ərazidə fəaliyyət göstərən yarmarka dekabrın 20-də açılıb, “Əhmədli”, “Xalqlar dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Nəriman Nərimanov”, “Elmlər Akademiyası” və “Azadlıq” metro stansiyalarının çıxışlarındakı yarmarkalar və Sumqayıt şəhərində keçmiş Şərq bazarı yaxınlığındakı yarmarka bu gündən fəaliyyətə başlayıb. “Gənclik” metrosu yaxınlığında yerləşən yarmarka dekabrın 30-dək, digər yarmarkalar isə dekabrın 29-dək alıcılara xidmət göstərəcək.

↑