Çərşənbə, 28 Oktyabr 2026 15:22:54 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
28 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

İKTA internet sürət göstəricilərini dərc etdi

23.12.2025 12:25 · 321 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) sabit genişzolaqlı internet üzrə provayderlərin internet sürət göstəricilərini qlobal internet performans qiymətləndirici platforması olan “Ookla”nın metodologiyası əsasında yeni formatda dərc edib.

İKTA “Ookla” ilə əməkdaşlıq çərçivəsində Azərbaycan üzrə sabit genişzolaqlı internet xidmətlərinə dair sürət hədlərini (“Speedtest Intelligence” məlumatları əsasında) yeni vizual formatda rəsmi internet səhifəsində təqdim edib.

Dərc olunmazdan əvvəl İKTA və “Ookla” arasında təqdimat formasının metodoloji uyğunlaşdırılması və məlumatların standartlaşdırılması üzrə birgə iş aparılıb. Ölçmə metodologiyası və nəticələr “Ookla” şirkətinin məhsulu olduğu üçün bu istiqamətdə aparılan bütün fəaliyyət şirkətlə razılaşdırılıb. 

Yeni təqdimat 3 kateqoriyalı rənglənmiş sürət təsnifatı əsasında hazırlanıb. Vizual formatda provayderlərin fərdi internet sürəti (Mbps) göstəriciləri dərc olunmur. Onun əvəzinə, istifadəçilərin müqayisəni daha rahat aparması üçün “Ookla”nın rəsmi saytında əks olunan provayderlərin median internet sürətinə əsasən üç kateqoriyaya bölünüb:

🟢 Yüksək Sürət — 90+ Mbps

Yüksək sürət təqdim edən provayderlər.

🟡 Orta Sürət — 50–89 Mbps

Orta sürət təqdim edən provayderlər.

🔴 Aşağı Sürət — 1–49 Mbps

Aşağı sürət  təqdim edən provayderlər.

Bu yanaşma istifadəçilərə bazarın ümumi mənzərəsini daha aydın, qısa və vizual olaraq təkmilləşmiş formada görməyə imkan verir. Kateqoriyalar OOKLA Speedtest Intelligence platformasından əldə edilən median ölçmə nəticələrinə əsaslanır və İKTA tərəfindən təsnif edilərək təqdim olunub.

“Ookla”nın rəsmi reytinq sisteminə yalnız geniş nümunə payı və tam metodoloji uyğunluğu olan provayderlər daxil edilir. Lakin İKTA tərəfindən dərc olunan cədvəldə ölkədə fəaliyyət göstərən, “Ookla” tərəfindən qeydə alınan  bütün

provayderlər əhatə olunub.

Provayderlərin təqdim etdikləri və “Ookla” sürət ölçümü (Speedtest) aləti vasitəsilə aparılan ölçmələrdən müəyyən edilən sürət kateqoriyalarına görə qruplaşdırılması ölkə üzrə internet performansının inkişaf dinamikasının daha aydın görülməsinə imkan yaradır.

İKTA hesab edir ki, bu cür analitik və vizual təqdimat modeli tənzimləyici fəaliyyətin dəstəklənməsi, provayderlərin xidmət göstəriciləri üzrə sağlam rəqabətinin təşviqi və istehlakçıların internet sürəti həddi seçimi baxımından mühüm rol oynayır.

Agentlik “Ookla” ilə əməkdaşlığı davam etdirərək internet keyfiyyəti üzrə milli indikatorların mütəmadi yenilənməsini və analitik monitorinqin genişləndirilməsini planlaşdırır.

↑