Bazar, 25 Oktyabr 2026 07:44:21 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
25 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Siyasət

Prezident İlham Əliyevin  Liderlik missiyası: Azərbaycan tərəqqi və Zəfər zirvəsində

22.12.2025 18:23 · 299 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 22 ildə əsrə bərabər inkişaf yolu keçib.

2003-cü ildə müdrik Azərbaycan xalqı səs verərək gələcək taleyini prezident İlham Əliyevə etibar edib. Ümummilli Liderin siyasi varisi prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ötən 22 il ərzində Azərbaycanı uğurdan-uğura, qələbədən-qələbəyə daşıyıb. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi bu illər intibah, inkişaf və tərəqqi dövrü kimi müasir tariximizin parlaq səhifəsini təşkil edir. Belə ki, genişmiqyaslı siyasət, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində Azərbaycan siyasi və iqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağına çevrilib.

Bu illər ərzində eyni zamanda Azərbaycanın güclü və dayanıqlı dövlət quruculuğunun təmin edildiyi, torpaqlarını işğaldan azad etdiyi və regionun lider ölkəsinə çevrildiyi bir mərhələ olmuşdur. Aparılan uğurlu strategiya nəticəsində Azərbaycan eyni zamanda beynəlxalq miqyasda söz sahibi olan etibarlı tərəfdaş və güclü dövlət kimi tanınıb. Beynəlxalq arenada Azərbaycan balanslaşdırılmış və praqmatik xarici siyasət modeli ilə fərqlənib. Dövlət başçısının həyata keçirdiyi çoxşaxəli diplomatiya nəticəsində ölkəmiz həm Qərb, həm Şərq, həm İslam dünyası ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurub. BMT, Qoşulmama Hərəkatı, İƏT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq platformalarda ölkəmizin mövqeyləri güclənib, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü beynəlxalq hüquq normaları çərçivəsində ardıcıl şəkildə müdafiə edilib. Xüsusilə Qoşulmama Hərəkatına uğurlu sədrliyi Azərbaycanın qlobal miqyasda artan nüfuzunun bariz nümunəsinə çevrilib.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strategiyanı uğurla həyata keçirən və yeni dövrün çağırışlarına uyğun zənginləşdirən prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün tələblərinə çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. O, yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır, onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının prezidenti olmaq onun həyat fəlsəfəsidir. Onun həyat və fəaliyyətinin ən mühüm məqamları ölkəmizin inkişafı naminə gördüyü misilsiz işlər, zəngin və möhtəşəm missiyanın müasir Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazıldığı şanlı səhifələrdir.

2003-2025-ci illər bütövlükdə tariximizə yüksəliş dövrü kimi daxil olub. Bu illər ərzində həyata keçirilən praqmatik siyasət ölkəmizin inkişafı və dünya arenasındakı mövqeyinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli bir mərhələ olmuşdur. Prezident İlham Əliyev fəaliyyətinin ən parlaq səhifəsini Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması təşkil edir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, müstəqillik illərində həyata keçirilən uğurlu, rassional, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara cavab verən siyasi kursun məntiqi nəticəsidir. Azərbaycanın hərbi gücünün, iqtisadi potensialının, qlobal arenada siyasi nüfuzunun və çəkisinin artması, beynəlxalq mövqeyinin möhkəmlənməsi, milli həmrəyliyinin, xalq-lider birliyinin təmin olunması ərazi bütövlüyümüzün bərpasında, tarixi qələbələrin qazanılmasında həlledici amil olub.

Qazanılan zəfərlər regionda yeni reallıqlar yaradaraq qlobal əməkdaşlıq üçün geniş imkanlar yaradıb, Azərbaycanın irəli sürdüyü sülh gündəliyi beynəlxalq birlik tərəfindən təsdiq olunub, regionun davamlı və dayanıqlı inkişafına mühüm töhfələr yaradıb. Hərbi qələbələrin siyasi və diplomatik müstəvidə tamamlanması prezident İlham Əliyevin 22 illik prezidentlik dövrünün ən mühüm mərhələsini təşkil edir. Bütün bunlar yalnız hərbi, siyasi, diplomatik sahədə uğurlarla məhdudlaşmır, ölkəmizə rifahın gəlməsi, vətəndaşların təhlükəsizliyinin təmin olunması, beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolunun artması-bütün bunlar prezident İlham Əliyevin 22 illik fəaliyyətinin əsas göstəriciləridir. Bu, dövlətçilik tariximizin tamamilə yeni səhifəsidir.

 

Göründüyü kimi 22 ilin uğurlarını sadalamaqla bitməz, miqyası olduqca möhtəşəmdir. Ötən illər ərzində cənab İlham Əliyevin atdığı addımların hər biri gələcəyə, dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi güclü, qüdrətli Azərbaycanın qurulmasına, tanınmasına, ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinə yönəlmişdir. Bu günkü qüdrətli Azərbaycan Ulu Öndərin görmək istədiyi qalib, bütövləşən, yeni Azərbaycandır.

Düzgün.az

 

 

 

↑