Şənbə, 24 Oktyabr 2026 20:23:10 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
24 Oktyabr 2026
SON XƏBƏRLƏR
Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 Prezident Elçin Yusubovu vəzifəsindən azad etdi-SƏRƏNCAM22.10.2026 12:15 Konfrans Liqası: II turun oyunları keçiriləcək22.10.2026 09:50 Avropa Liqası: “Beşiktaş” “Kristal Pelas”la üz-üzə gələcək22.10.2026 09:25 Sosial Xidmətlər Agentlyinin Mərkəzi Aran regional filialının mütəxəssisləri ilə birgə maarifləndirici tədbir həyata keçirilib-FOTO20.10.2026 16:07
Bölgə

Göyçayda yanan evlər söndürüldü-VİDEO/FOTO (YENİLƏNİB)

22.12.2025 23:00 · 582 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Xəbər verdiyimiz  kimi, bu gün  saat  16:40-da  rayonun Füzuli küçəsində bir-birinə bitişik 4 ailəyə məxsus  fərdi yaşayış evlərində yanğın hadisəsi  baş  verib.

Düzgün.az xəbər verir ki, yanğın nəticəsində  rayon sakinləri — 1977-ci il təvəllüdlü Elnur İsmayılov və 1955-ci il təvəllüdlü Almaz Əliyevaya məxsus evlərin yanar konstruksiyaları tamamilə yanaraq yararsız hala düşüb. Həmin evlərdə eyni zamanda  Azər Şəfiyev və Nurəngiz Şəfiyeva ailələri də yaşayırmış.

Belə ki, yanğın zamanı Azər Şəfiyevə məxsus ümumi sahəsi 110 kvadratmetr olan 3 otaqlı evin 2 otağı və dam örtüyünün 78 kvadratmetri, Nurəngiz Şəfiyevaya məxsus ümumi sahəsi 150 kvadratmetr olan 4 otaqlı evin isə 2 otağı və dam örtüyünün 78 kvadratmetri yanaraq yararsız vəziyyətə düşüb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin operativliyi sayəsində yanğının  digər  evlərə  keçərək yayılmasının qarşısı alınıb.

Qeyd edək ki,  yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

****

16:50


Düzgün.az xəbər verir ki,
 bu gün  saat  16:40-da  rayonun Füzuli küçəsində bir-birinə bitişik 4 ailəyə məxsus  fərdi yaşayış evlərində yanğın hadisəsi  baş  verib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri işlər həyata keçirilir.

Ətraflı  məlumat  veriləcək.

 

 

 

 

 

 

↑