Çərşənbə, 28 Oktyabr 2026 14:35:53 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
28 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Mənşə sertifikatları ilə bağlı müraciətlər yalnız elektron qaydada qəbul olunacaq

22.12.2025 11:00 · 337 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, 2026-cı ilin 1 yanvar tarixindən etibarən mənşə sertifikatları üzrə müraciətlər yalnız Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az) üzərindən qəbul olunacaq..

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciətində qeyd olunub.

Bildirilib ki, bununla əlaqədar olaraq, cari ilin avqust ayından etibarən Bakı şəhəri və regionlarda 300-dən çox ixracla məşğul olan sahibkarlıq subyektləri ilə “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair maarifləndirici görüşlər keçirilib. Nəticədə, ümumi təqdim olunan mənşə sertifikatlarının 83%-i Keyfiyyət informasiya sistemi üzərindən təmin edilib.

“Sahibkarların Keyfiyyət informasiya sistemindən istifadə bacarıqlarının artırılması məqsədilə “Mənşə sertifikatı” alt moduluna dair videotəlimat Agentliyin rəsmi “Youtube” kanalında (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s) da yerləşdirilib. Həmçinin “e-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsilə də videotəlimatla tanış olmaq mümkündür.

Qeyd edək ki, hazırda mənşə sertifikatlarının əldə olunması üçün müraciətlər həm Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az), həm də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsi (economy.gov.az) vasitəsilə hibrid formada həyata keçirilir”, – mürciətdə qeyd olunub.

↑