Düzgün.az xəbər verir ki, hadisə bu gün rayonun Heydər Əliyev prospektində baş verib.
İlkin məlumata görə, prospektdə hərəkətdə olan 10 ZV 137 dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobillə Rəsul Rza küçəsi istiqamətindən hərəkət edən Opel Astra markalı avtomobil toqquşub.
Qəza nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. Lakin hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Hadisə yerinə Göyçay Rayon Yol Polis Şöbəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.




