Çərşənbə, 28 Oktyabr 2026 13:53:08 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
28 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Füzuli Musayevə töhmət veriləcək? -QALMAQAL

20.12.2025 13:17 · 327 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, kişi voleybolu üzrə Azərbaycan Yüksək Liqasının VII turunun “Ordu” ilə matçında “Xilasedici” komandasına texniki məğlubiyyət verilib.

Buna səbəb “Xilasedici” komandasının rəhbəri, Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayevin hakimləri və rəqib komandanın üzvlərini söyməsi olub.

Belə ki, hakimlərin “Çelenc”də qərarları “Ordu”nun xeyrinə verməsi F. Musayevi özündən çıxarıb. O, hakimləri söyüb. Daha sonra “bizim meydanımızda oynayırlar, bizə qarşı haqsızlıq olunur” (“Ordu” Hövsandakı FHN-ə məxsus arenada ev oyunlarını keçirir – red.) deyərək rəqib komandanın üzvlərinə təhqirlər yağdırıb. Bu səbəbdən də oyunun supervayzeri olan Zöhrab Gözəlbəyli 2-ci setin sonlarında matçı dayandırmalı olub.

Füzuli Musayevin Müdafiə Nazirliyinə məxsus “Ordu” komandasını təhqir etməsi isə yuxarı dairələrdə ciddi səs-küy yaradıb. Bu səbəbdən də ona FHN rəhbərliyi tərəfindən ciddi töhmətin veriləcəyi gözlənilir. Azərbaycan Voleybol Federasiyasının İntizam Komissiyası isə hələ ki yalnız “Xilasedici”yə texniki məğlubiyyət verməklə kifayətlənib.

Qeyd edək ki, F. Musayev həm də Azərbaycan Karate Federasiyasının vitse-prezidentidir./Prosport.az

↑