Düzgün.az xəbər verir ki, Burak Özçivit aktyorluq karyerasında ilk dəfə teatr səhnəsinə çıxmağa hazırlaşır.
Özçivitin yaxın dostu Çağrı Şensoyun rejissorluğu ilə hazırlanan “İstanbulun Ən Gözəl Qızı” adlı tək nəfərlik pyesin ilk tamaşası paytaxt Ankarada keçiriləcək.
Sabah (19 dekabr) Ankara teatrsevərlərinə təqdim olunacaq tamaşanın biletləri satışa çıxarıldıqdan sonra tez bir zamanda satılıb.
