Çərşənbə, 28 Oktyabr 2026 11:05:29 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
28 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Bu küçədə yenidənqurma işləri tamamlanmaq üzrədir

17.12.2025 14:26 · 453 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) “Ağ şəhər” yol infrastruktur layihələri çərçivəsində Süleyman Vəzirov küçəsinin bir hissəsində – Xəqani Rüstəmov küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan ərazidə apardığı yenidənqurma işlərini yekunlaşdırmaq üzrədir.

Belə ki, uzunluğu 1100 metr olan sözügedən küçənin hərəkət hissəsinin eni 14 metr təşkil edir.

Yenidənqurma işləri çərçivəsində avtonəqliyyat vasitələrinin parklanmasının təmin edilməsi məqsədilə 2,5 metr enində xüsusi parkinq zolaqları yaradılıb.

Ərazidə yeni asfalt-beton örtüyü döşənib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforlar və siqnal dirəkləri quraşdırılıb.

Hazırda mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yenilərinin inşası, 5 metr enində yeni piyada səkilərinin tikintisi, eləcə də səki hissələrinin bəzək daşları (tamet) ilə örtülməsi işləri yekunlaşmaq üzrədir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun olaraq, zəruri ərazilərdə yol nişanlarının quraşdırılması, yol cizgilərinin, yolgöstəricilərin və piyada zolaqlarının çəkilməsi işləri də aparılacaq. Küçənin sözügedən hissəsi yaxın müddətdə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

↑