Çərşənbə, 28 Oktyabr 2026 07:51:03 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
28 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Regionun ən iri Batareya Saxlanc Sistemlərinin gətirilərək qurulmasına başlanıldı

15.12.2025 11:45 · 392 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az  xəbər verir ki, Azərbaycanda bərpa olunan enerji mənbələrinin (BOEM) dinamik inkişafı üçün “AzərEnerji” tərəfindən genişmiqyaslı Batareya Enerji Saxlanc Sistemlərinin (BESS) yaradılması prosesi sürətli şəkildə davam edir. Bütünlükdə MDB məkanında gücünə və tutumuna görə ən böyük Batareya Saxlanc Sistemləri olan bu enerji obyektləri paytaxta yaxın 500 kV-luq “Abşeron”, eləcə də ölkənin mərkəz hissəsində yerləşən 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində qurulur.

Ümumi gücü 250 meqavat, enerji tutumu isə 500 meqavat-saat olan mərkəzlər üçün batareya saxlanc sistemlərinin ilk partiyası artıq bu günlərdə ölkəyə gətirilib. Çinin Great Power zavodunda sifariş əsasında yığılan avadanlıqlar gəmilərə yükləndikdən sonra Sakit Okean, Hind Okeanı, Ölü dəniz, Süveyş kanalı, Aralıq dənizi və Egey dənizini keçərək, Türkiyənin Gemlik Limanına, oradan isə quru yolu ilə Türkiyə və Gürcüstan üzərindən Azərbaycana gətirilib.  Hər birinin çəkisi 36 ton olan batareya saxlanc sistemləri polis müşahidəsi ilə xüsusi qaydada təyinatı üzrə yerlərinə çatdırılaraq quraşdırılıb. Artıq saxlanc sistemlərinin 15 faizi ölkəyə gətirilib və qalan 85 faizi isə aprel ayına qədər gətirilərək quraşdırılacaq.    

Qeyd edək ki, “AzərEnerji” tərəfindən Batareya Saxlanc Mərkəzlərin yaradılması enerji sisteminin dayanıqlığının artırılması, tezliyin sabit saxlanılması, BOEM-lərdə dəyişkənliyin balanslaşdırılması, pik yüklərin ödənilməsi, günəş enerjisinin azalması saatlarında yük qrafikinin hamarlanması və qəza hallarında enerji sisteminin sıfırdan bərpası baxımından strateji əhəmiyyət daşıyır. Bu sistemlər Azərbaycanın enerji müstəqilliyini gücləndirməklə yanaşı, enerji şəbəkəmizin həm qonşu ölkələrlə paralel, həm də müstəqil rejimində etibarlı fəaliyyətini təmin edəcək.

↑