Çərşənbə, 28 Oktyabr 2026 06:53:37 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
28 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Taxoqraf kartlarının verilməsi daha 2 il fasiləsiz davam edəcək

13.12.2025 15:30 · 310 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər  verir ki, bu il Azərbaycana avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda iş və istirahət rejiminə riayət edilməsinin təmin olunması məqsədilə 1 921 ədəd rəqəmsal taxoqraf kartı gətirilərək operatorlara və sürücülərə təqdim edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, son 4 ildə isə ümumilikdə 12 220 ədəd rəqəmsal taxoqraf kartı ölkəyə gətirilərək operatorlara və sürücülərə təqdim edilib.

Bildirilir ki, Azərbaycanda taxoqraf kartlarına dair milli sistemin fəaliyyətinin təmin olunması məqsədilə 30 sentyabr 2025-ci il tarixində “Austriacard Holding” şirkəti ilə rəqəmsal taxoqraf kartlarının istehsalına dair imzalanmış müqavilə üzrə tələb olunan Milli Açarların yenilənməsi prosesi tamamlanıb.

Rəqəmsal taxoqraf sisteminə aid Milli Açarların yenilənməsi üçün bütün hazırlıq tədbirləri görülüb və Avropa Komissiyasının Birgə Araşdırma Mərkəzi (JRC) tərəfindən İtaliyanın İspra şəhərində keçirilən növbəti sessiyasında AYNA-nın nümayəndəsinin iştirakı təmin edilib.

Sessiya çərçivəsində JRC-nin müəyyən etdiyi prosedur qaydalarına uyğun olaraq Azərbaycanın rəqəmsal taxoqraf sisteminə aid Milli Açarlar yenilənmiş, sertifikatlaşdırılmış və istehsalçı “Austriacard Holding” şirkətinə təhvil verilib.

Bu prosesin uğurla başa çatdırılması nəticəsində, rəqəmsal taxoqraf kartlarının verilməsi növbəti iki il ərzində fasiləsiz şəkildə davam etdiriləcək.

 

↑