Düzgün.az xəbər verir ki, 9 dekabr 2025-ci il tarixində Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 1999-cu il təvəllüdlü Həsənov Ağadədə Famil oğlu və 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun, axtarışları davam etdirilir.
Bu barədə FHN-nin məlumatında bildirilir.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən dənizdə müxtəlif istiqamətlər üzrə axtarış tədbirləri həyata keçirilir.
