Düzgün.az xəbər verir ki, 12 dekabr – Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anım günü Kürdəmir rayonunda da qeyd olunub.
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının rəhbəri Elçin Bilalov və xəstəxananın kollektivi Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anıblar.




