Çərşənbə, 28 Oktyabr 2026 04:04:43 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
28 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Dabaq xəstəliyi ilə bağlı peyvəndləmə işləri davam edir – FOTOLAR

11.12.2025 17:37 · 396 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az  xəbər  verir ki, dabaq xəstəliyinin SAT-1 serotipi ilə bağlı yoluxma riskləri nəzərə alınaraq, cari ilin təsdiq edilmiş “Epizootik tədbirlər planı”ndan kənar olaraq bu serotipə qarşı əlavə peyvənd vasitələri alınıb.

Noyabr ayından etibarən peyvənd vasitələri ölkəyə gətirilərək bölgü əsasında rayonlara, xüsusilə sərhəd rayonlarına çatdırılıb və “soyuq zəncir” rejiminə əməl olunmaqla peyvəndləmə tədbirləri həyata keçirilir. Həyata keçirilən profilaktik tədbirlər dabaq xəstəliyinin SAT-1 serotipinin ölkə ərazisində yayılmasının və heyvandarlıq sahəsində itkilərin qarşısının alınmasına xidmət edir.

Qeyd edək ki, dabaq iti yoluxucu virus mənşəli xəstəlik olub və bütün cütdırnaqlı heyvanlarda, xüsusən iri və xırdabuynuzlu heyvanlarda rast gəlinir. Virus ağız boşluğunda, süd vəzilərində və dırnaqlar arasında ağrılı yaralar yaradır, yüksək hərarətə səbəb olur və heyvanlar qidalanmadan qaldığı üçün məhsuldarlıq kəskin şəkildə aşağı düşür. Yoluxma əsasən xəstə heyvanla birbaşa təmas,virusla çirklənmiş yem-su, inventar,qulluq vasitələri, personalın geyimləri və hava-damcı yolu ilə yayıla bilər.

Dabaq həm də transsərhəd xəstəlikdir — virus külək vasitəsilə quruda, hətta dənizlər üzərindən belə kilometrlərlə məsafəyə yayıla və qonşu dövlətlərin ərazisindən ölkəmizə keçə bilər. Həmçinin tranzit və digər nəqliyyat vasitələri ilə yayıla bilər. Heyvan sahiblərinin nəzərinə çatdırırıq ki, heyvanlarınızı mütləq peyvəndləməyə cəlb edin və baytar həkimlərinin peyvəndləmə aparması üçün lazımi şərait yaradın. Bununla bağlı heyvanların vaxtında və düzgün peyvənd olunması üçün Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Mərkəzinin rayon idarələrinə müraciət etməyiniz tövsiyə olunur.

Hazırda bölgələrdə dabaq xəstəliyinin SAT-1 serotipinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən hər il iki dəfə olmaqla iri və xırdabuynuzlu heyvanlarda profilaktika məqsədilə peyvəndləmə tədbirləri həyata keçirilir.

 

 

 

↑