Çərşənbə, 28 Oktyabr 2026 03:02:26 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
28 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

“Normadan artıq ara məsafəsi saxlayın” – DYP

11.12.2025 09:10 · 349 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

Düzgün.az xəbər verir  ki, son günlər qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, mövsümlə əlaqədar havaların yağıntılı keçməsi, xüsusilə səhər və axşam saatlarında müşahidə edilən məhdud görmə şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub.

Sürücülər tərəfindən əlverişsiz hava şəraitinin, yolların sürüşkənliyinin nəzərə alınmaması, sürət həddinin düzgün seçilməməsi, enişli-yoxuşlu yollarda və sərt döngələrdə lazımi ehtiyat tədbirlərinin görülməməsi, kəskin manevr və ya tormozlama, eləcə də digər qəbuledilməz davranışlar baş verən qəzaların həm sayına, həm də ağırlıq dərəcəsinə birbaşa təsir göstərir.

Təəssüf ki, yol qəzaları nəticəsində ailələr dağılıb, valideynlər övladlarını, övladlar valideynlərini, insanlar isə doğmalarını itiriblər. Halbuki bu qəzaların böyük bir hissəsinin qarşısını almaq mümkün idi. Səhlənkarlıq, tələskənlik, etinasızlıq və düşünülməmiş davranışların nəticəsi isə bəzən bir ömür boyu silinməyən ağrılara çevrilir.

Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir və onları əlverişsiz hava şəraitində daha məsuliyyətli davranmağa, sürət həddini yol və hava vəziyyətinə uyğun seçməyə, normadan artıq ara məsafəsi saxlamağa, nəqliyyat vasitəsinin texniki sazlığına, xüsusilə şinlərin, işıq cihazlarının və şüşəsilənlərin işlək vəziyyətdə olmasına ciddi nəzarət etməyə, həmçinin digər yol hərəkəti iştirakçılarına, xüsusilə piyadalara qarşı daha ehtiyatlı və humanist münasibət göstərməyə çağırır.

Unutmayaq ki, sükan arxasında verilən hər bir qərar təkcə öz həyatımıza deyil, başqalarının da taleyinə birbaşa təsir edir.

↑