Düzgün.az xəbər verir ki, Azərbaycan Respublikası üzrə keçirilmiş “Uşaq İncəsənət Festivalı 2025”də 24 saylı 11-illik Uşaq Musiqi Məktəbinin tələbələri uğurlu çıxışları ilə fərqləniblər.Festivalda müxtəlif bölgələri təmsil edən uşaqlar musiqi və incəsənət sahəsində bacarıqlarını nümayiş etdirərək, uğurlu nəticələr əldə ediblər.
Keçirilən müsabiqədə müsabiqədə aşağıdakı nəticələr əldə olunub:
Hüseynov Hüseynəli -1-ci yer
Məmmədov Elgün-2-ci yer
Mahmudov Mahmud- 3-cü yer
Qeyd edək ki, tələbələrin müəllimi Mircəlal Mürsəlov olub. Onun zəhməti sayəsində uğurlu nəticələr əldə olunub.Festival iştirakçıları arasında yüksək səviyyəli çıxışlar olub və qiymətləndirmə münsiflər heyəti tərəfindən aparılıb.






