Çərşənbə axşamı, 27 Oktyabr 2026 23:19:51 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri
27 Oktyabr 2026
SON XƏBƏRLƏR
İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16 İlham Əliyev Aleksandr Zuyevi qəbul etdi26.10.2026 14:00 Prezident Migel Anxel Moratinosu qəbul etdi – FOTOLAR26.10.2026 13:50 İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi – FOTOLAR26.10.2026 13:40 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi – FOTOLAR26.10.2026 12:16 Tarixi Zəfərimizin Qubadlı zirvəsi24.10.2026 14:58 İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib-FOTO23.10.2026 12:40 İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTOLAR23.10.2026 11:20 “AzerGold”un şöbə müdiri vəzifəsindən ayrıldı22.10.2026 12:36 Yeni təyin olunan icra başçısı kimdir?22.10.2026 12:25 Yağış yağacaq, şimşək çaxacaq22.10.2026 12:22 Qubanın iki bələdiyyəsinin adı dəyişdirildi22.10.2026 12:17 Prezident bu rayona icra başçısı təyin etdi-SƏRƏNCAM22.10.2026 12:16
Gündəm

Kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız bu tikililərin inşasına icazə verilir

08.12.2025 13:20 · 414 baxış · duzgun_admin
REKLAM YERİBanner üçün sahəAppearance → Düzgün Xəbər → Reklam sahələri

“Cənab Prezidentin imzaladığı Fərmanda kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililərin dəqiq təsnifatı verilib. Fərmanda kənd təsərrüfatı təyinatlı torpaqlarda hansı tikililərin inşasına icazə verildiyi öz əksini tapıb. Bu o deməkdir ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda Fərmanda nəzərdə tutulan qaydalardan kənar hər hansı tikilinin, o cümlədən bəzi kütləvi informasiya vasitələrində yayımlandığı kimi, beton əsaslı tövlə, anbar, ev və sair tikililərin inşası qadağandır”.

Bunu “Düzgün.az”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev deyib. 

O bildirib ki, Fərmanla təsdiqlənən mövcud qaydalara əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili inşa edilə və quraşdıra bilər: “Bu tikililərin xüsusiyyəti Fərmanda açıq şəkildə qeyd olunub. Söhbət xüsusi təyinatlı texnika cəlb edilmədən quraşdırılıb-sökülən, torpaqla beton əsaslı bağlılığı olmayan və ya dəmir-beton olmayan, ayrı-ayrı duran dirəkaltı bünövrələr üzərində quraşdırılan, yüngül inşaat konstruksiyalarından inşa edilən tikililərdən gedir. Eyni zamanda Fərmanda açıq şəkildə qeyd olunur ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər kənd təsərrüfatına dair texnika, avadanlıq, ot, yem, dərman (zəhərli kimyəvi maddələrin saxlanması istisna olmaqla) və digər vasitələrin müvəqqəti saxlanması, çoban evləri, yataqlar, habelə işçilərin (personalın) istirahəti, sanitariya-gigiyenası və digər məqsədlər üçün inşa edilir. Yəni, söhbət daimi əsaslı yaşayış evi, tövlə, anbar və digər tikililərdən getmir, kənd təsərrüfatı təyinatlı torpaqlarda belə tikililərin inşası həm Torpaq Məcəlləsinə, həm də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə görə yolverilməzdir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 dekabr 2025-ci il tarixində kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları haqqında Fərman imzalayıb. Fərmanda kənd təsərrüfatı təyinatlı torpaqlarda inşasına icazə verilən tikililərin xüsusiyyətləri və təsnifatı öz əksini tapıb. Fərmana əsasən, müvəqqəti tikilinin tikinti sahəsi 300 kvadratmetrdən, hündürlüyü 5 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır. Yüngül konstruksiyalı tikili dedikdə, karkası ağac və ya divar qalınlığı 8 millimetrə qədər olan polad dirək və tirlərdən, habelə divarları və arakəsmələri metal, ağac və ya plastik lövhələrdən ibarət tikili nəzərdə tutulur. Bu cür tikililər kənd təsərrüfatı texnikası, ot, yem və digər vasitələrin müvəqqəti saxlanması, çoban evləri, yataqlar, işçilərin (personalın) istirahəti, sanitariya-gigiyenası və digər məqsədlər üçün inşa edilə bilər.

Xatırladaq ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda Fərmanda göstərilən qaydalardan kənar hər hansı tikilinin inşası qadağandır və bu cür addımlar hüquqi, inzibati və cinayət məsuliyyəti yaradır.

↑